Yaxın bir-iki ildə indiki bolluqdan və rifahdan əsər-əlamət qalmaya bilər. Bəşəriyyətin aclıq təhlükəsi ilə üzləşmək ehtimalı yüksəkdir.
Metbuat.az xəbər verir ki, bu proqnozla avropalı mütəxəssislər çıxış ediblər. Türkiyənin “Sözcü” qəzetinin yazdığına görə, Rusiya-Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdəki hərbi münaqişələrin alovlanmaq ehtimalının artması, Afrikada xaotik vəziyyətin davam etməsi dünya üçün yaxşı gələcək vəd etmir.
Mütəxəssislərin fikrincə, logistikada yarana biləcək problemlər, istehsalın azalmaq riski vəziyyətin kritik həddə çatması ilə nəticələnə bilər. KİV xarici mütəxəssislərə istinadən yazıb ki, ac qalmaq istəməyən ailə mütləq ehtiyat tədbirləri görməlidir.
Mütəxəssislər hesab edirlər ki, normal bir ailənin evində ən azı 3-4 kisə un olmalıdır. Mümkün olarsa, evdəki unun həcmi 1 illik istehlak həddinə çatdırılmalıdır. Unun saxlanılmasına xüsusi diqqət yetirilməli, onun xarab olmamasının qeydinə qalınmalıdır.
İkinci sırada zəruri ərzaq məhsulları dayanır. Bura qablaşdırılmış ərzaq növləri və meyvə tərəvəz daxildir.
Aclıq dövründə ərzaqla yanaşı, şirin su ehtiyatı da tükənəcəkdir. Mütəxəssislər mümkün qədər şirin su tədarük etməyi məsləhət görürlər.
İstehsal və logistikada yaranan problemlər bəşəriyyəti həm də geyim vəsitələri ilə sınağa çəkə bilər. İnsanlara isti qış geyimləri tədarük etmək tövsiyə olunur.