Azərbaycan TRİPP layihəsində region üçün hər hansı təhlükə və risk görmür.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Rusiya və İran rəsmilərinin TRİPP layihəsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Nazir İran və Rusiyadan TRİPP layihəsinin regional risklər yaradacağı ilə bağlı fikirlər səsləndirildiyini vurğulayıb:
"Bu layihə sırf Ermənistan ərazisini əhatə edir. Həmin layihəni ABŞ və Ermənistan həyata keçirir. Ona görə də bununla bağlı sualları ilk növbədə Ermənistan tərəfi cavablandırmalıdır. Bu, Ermənistanın öz işidir. Hansı formada şərh edirlərsə, onların mövzusudur".
C.Bayramov əlavə edib ki, Azərbaycan TRİPP-in bağlantı layihəsi olduğunu, region üçün hər hansı təhlükə və risk yaratmadğı qənaətindədir.