Müğənni Kəmalə Günəşlinin məşhur “Çini Çaydan” mahnısı “YouTube” platformasından silinib.
Metbuat.az-ın məlumatına görə, mahnını “YouTube”dan sildirən bəstəkar Əflatun Qubadov olub. Bir müddətdir ki, sözügedən mahnının müəllifliyi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Belə ki, Əflatun Qubadovun rəsmi “YouTube” səhifəsində “Çini Çaydan” mahnısının müəllifi kimi onun adı göstərilir. Kəmalə Günəşli isə qeyd edir ki, “Çini Çaydan” mahnısını ifa edərkən Əflatun Qubadovdan icazə alıb.
Lakin mahnının xalq mahnısı olması ilə bağlı fikirlər də mövcuddur. Bu iddialar Zaur Nəbiğlunun aparıcısı olduğu “Rəngarəng” verilişində gündəmə gətirilib. Məşhur tar müəllimi və tədqiqatçı Mehman Mikayılov bildirib ki, sözügedən mahnı Cabbar Qaryağdıoğlunun kitabında çap olunan “Çini boşqab” adlı mahnı ilə eynidir.
Sevinc İbrahimzadə / Metbuat.az
