Mənim buna hansısa şərt əsasında deyil, hadisə və zaman əsasında cavab verərdim.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistin "xarici işlər nazir hansı şərt əsasında Ermənistana səfər edəcək", sualına cavab olaraq bildirib. Nazir qeyd edib ki, Azərbaycanın milli maraqları tələb edən görüş, hadisə baş tutan zaman və belə məqam yetişən zaman bu baş verə bilər.