Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.