Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı müəyyən irəliləyişlər olub. Modern.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.
“Təhlükəsizlik və enerji sahəsində yeni tərəfadşlıq prioritetlərin müəyyənləşdirilməsi və hərtərəfli əməkdaşlıq üzrə sənədlərlə bağlı ümumi razılıqlar əldə edilib. Minatəmizləmə, nəqliyat və su məsələri ilə bağlı sazişlərimiz var. Avropa Siyasi Birliyinin 2028-ci ildə Azərbaycabda keçirilməsi planlaşdırılır”.