Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub.Metbuat.az qaynarinfo.az-a istinadən xəbər verir ki, MTK-ya məxsus Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.Məsələ ilə bağlı MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib.Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil:“Nazik fasad üzlüyüdür, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəm yapışdırılıb”.