İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında Fələstinin Həmas hərəkatı tamamilə aradan qaldırılmayana rəsmi Tel-Əviv hərbi əməliyyatları dayandırmayacaq. Modern.az xəbər verir ki, Netanyahu qısa televiziya mesajında onu da deyib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün İsrailin digər məqsədlərinə çatması da lazımdır.
“Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükəli olmaması üçün müharibəyə başlamağı əmr edib. Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”.