Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır.
Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, Bakı şəhəri üzrə "BakuBus"a məxsus bütün marşrut avtobuslarında telefon, ağıllı saat və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içərisində ödəniş etmək mümkündür.
Sakinlər yeniliyi belə dəyərləndiriblər: "Türkiyədə belə idi, bir bizdə belə sistem yox idi. Şükür Allaha ki, bizə də gətiriblər".
"Çox vaxt "BakıKart"da pulumuz olmurdu və ya üstümüzdə nağd pul tapılmırdı. Bu kart sistemi ilə artıq asanlıqla keçə bilirik".