Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş danışıqlarda əsas fikir ayrılığı ərazilərin statusu ilə bağlıdır.
Metbuat.az xəbər verir ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker belə açıqlama verib. O təhlükəsizlik məsələlərində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. Metyu Uitaker bildirib ki, Vaşinqton və Kiyev təhlükəsizlik məsələləri üzrə əsasən razılığa gəliblər. Onun sözlərinə görə, Rusiya da çox güman ki, bu məsələlərə etiraz etməyəcək. Metyu Uitaker ərazilərin yekun statusu ilə bağlı danışıqların mümkün razılaşma çərçivəsində həlledici olacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı plan irəli sürüb.