Alimlər insan fəaliyyətinin Yer kürəsinin fırlanmasını dəyişdirdiyinə dair təəccüblü kəşfə imza atıblar.
Metbuat.az xəbər verir ki, alimlər hesab edir ki, istixana qazı tullantıları Yer kürəsinin fırlanmasını yavaşlatır. Bu, planetdə günlərin hiss olunmayacaq dərəcədə kiçik, lakin ölçülə bilən şəkildə uzanmasına səbəb olur. Yeni tədqiqatlara görə, iqlim dəyişikliyinin təsirləri artıq hava hadisələri, buzlaqların əriməsi və ya dəniz səviyyəsinin yüksəlməsi ilə məhdudlaşmır. İnsanların fəaliyyətləri nəticəsində buraxılan istixana qazı tullantıları planetin kütlə balansını pozur.
Bu da Yer kürəsinin fırlanmasını yavaşlatır və günlərin uzanmasına səbəb olur. Təsir gündəlik həyatda hiss olunmasa da, zaman ölçmə və qlobal texnoloji infrastruktur üçün ciddi nəticələrə səbəb ola bilər. Qlobal istiləşmə, xüsusən də qütb bölgələrindəki nəhəng buz kütlələrini əridib. Məlumata görə, Antarktida hər il təxminən 150 milyard ton, Qrenlandiya isə 270 milyard ton buz əriyir.