Ukrayna böhranının həllinə dair Rusiya ilə ABŞ arasında danışıqlar prosesi yavaş irəliləyir.
Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. O, prosesdə irəliləyişin olduğunu ifadə edib. Zaxarova Avropa ölkələrinin prosesi pozmağa çalışdığına diqqət çəkib. Zaxarova ABŞ-ni dialoq prosesində dağıdıcı hərəkətlərə müqavimət göstərməyə çağırıb.
Zaxarova bildirib ki, Kiyev rejiminin Avropa və Qərb tərəfdarları, ilk növbədə Avropa İttifaqı və Böyük Britaniya sülh haqqında düşünmürlər. Onlar yalnız Kiyevə göndərəcəkləri və sonra geri alacaqları pul haqqında düşünürlər.