Türkiyə ilə ikitərəfli münasibətlərdə daha geniş və daha konkret addımların atılmasının vaxtı çatıb.
Metbuat.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə açıqlama verib. O Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransında Türkiyə ilə ikitərəfli münasibətlərdə konkret addımların atılacağına ümid etdiyini ifadə edib. Paşinyana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli münasibətlərdə bəzi addımların atılacağı barədə verdiyi açıqlama xatırladılıb.
Paşinyan Türkiyə ilə simvolik deyil konkret addımların atılmasının vaxtı çatdığını qeyd edib.