Sabah Sabunçu və Xətai rayonlarında qaz təchizatında fasilə olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 26-sı 2025-ci il saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və Əhmədli kəndinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.