İngiltərədə həbsxana rəisi vəzifəsindən azad olunub. Rob Kollett adlı zabit fahişəxanaya getdiyi üçün cəzalandırılıb.
Metbuat.az xəbər verir ki, yerli media hadisənin təfərrüatını öyrənə bilib.
Məlum olub ki, həbsxana rəisi tez-tez şəhərdəki fahişəxanalardan birinin qonağı olurmuş. Bunu təsdiqləyən videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra nazirlik zabitin işinə son verib.
Qeyd edək ki, Rob Kollett Lindholme həbsxanasının rəisi olub. O, 2011-ci ildən bu vəzifədə çalışırmış.
Kollettin rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində yoxlamalara başlanılıb. İlkin araşdırma zamanı məhbusların 21 faizinin narkotik istifadəçisi olduğu aşkarlanıb.