Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib. Modern.az xəbər verir ki, bu barədə onun 60 il işlədiyi Puşkin Teatrı məlumat yayıb.
"Dəfn mərasiminin tarixini və yerini daha sonra açıqlayacağıq", - Teatr bəyan edib. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Bu gün - 25 dekabr günortadan sonra aktrisa Xalq artisti Anatoli Lobotskinin Mayakovski Teatrında keçirilən dəfn mərasimində iştirak edib. Mərasim zamanı onun halı pisləşib və təcili yardıma müraciət olunub. Aktrisanı xilas etmək mükün olmayıb.