Bu gün Sumqayıt şəhərində 1 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən diametri 89 mm olan qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq, bu gün saat 13:00-dan etibarən qeyd olunan ərazidə 1 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.