“Real Madrid”in futbolçusu Dani Carvajal klubdan ayrılmağa qərar verib.
Metbuat.az xəbər verir ki, onun mövsümün sonunda “Real Madrid”i tərk edəcəyi iddia edilir. Məlumata görə, futbolçu, karyerasını Qətərdə davam etdirə bilər.
Qeyd edək ki, bundan əvvəl bir neçə futbolçunun “Real”dan ayrılacağı barədə xəbərlər dərc edilmişdi. İddialara görə, klub mövsümün sonun heyətdə əhəmiyyətli dəyişiklik edə bilər. Həmin futbolçuların Rodriqo, Fran Qarsiya, Qonsalo, Ferlan Mendi, Dani Sebalyos, Andrey Lunin, Eduardo Kamavinqa və Brahim Diaz olduğu iddia edilir.