Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində 2025-ci ilin yekunlarına və Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqinin ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media və özəl sektor təmsilçiləri iştirak ediblər.
Rəsmi açılış zamanı AQC-nin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri diqqətə çatdırılıb. Qeyd olunub ki, 2025-ci il Cəmiyyət üçün qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından mühüm mərhələ olub.
Tədbirdə çıxış edən AQC-nin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətində şəffaflığın artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O vurğulayıb ki, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığı il ərzində daha da genişləndirilib və bu istiqamətdə ardıcıl, sistemli işlər aparılıb. Mükafat alanlar sırasında Rmedia şirkətinə məxsus Metbuat.az saytı da yer alıb. Tədbir çərçivəsində səmərəli əməkdaşlığa və informasiya dəstəyinə görə bir sıra qurum və təşkilatlar da mükafatlandırılıb.