Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının məhdudlaşdırıldığı və qiymətlər də artım olduğu ilə bağlı məlumatlar yayılıb. Bəs buna səbəb nədir? Qiymətlər davamlı şəkildə bahalaşacaq?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, bu vəziyyətin əsas səbəbi tütün məmulatlarının idxalı və satışı ilə bağlı nəzarətin gücləndirilməsi, vergi və aksizlərin artırılmasıdır:
"Son dövrlər qanunsuz dövriyyəyə qarşı tədbirlər sərtləşdirilib, buna görə də bəzi market və köşklər siqaret satmaqda çətinlik çəkir. Təklif azalanda qiymətlər də avtomatik yüksəlir. Bundan başqa, istehsalçı və idxalçı xərclərinin artması da qiymətə təsir edir".
A.Nəsirli qeyd edib ki, yaxın müddətdə qiymətlərin sabit qalacağı ilə bağlı rəsmi təminat yoxdur, əksinə vergi siyasəti dəyişməzsə və nəzarət davam edərsə, bahalaşma mərhələli şəkildə davam edə bilər.
Sevinc İbrahimzadə / Metbuat.az