Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk hissəsinə yekun vurulub.
Modern.az xəbər verir ki, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı komanda ilə “Sabah” arasında keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçı yeni ildən FIFA referisi kimi fəaliyyət göstərəcək Tural Qurbanov idarə edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"ə, “Araz-Naxçıvan” “Şamaxı”ya, "Neftçi" "Karvan-Yevlax"a, "Qarabağ" "Qəbələ"yə qalib gəlib, "Zirə" - "İmişli" matçında isə qolsuz heç-heçə qeydə alınıb.