Türkiyənin "Fənərbaxça" klubu ilk transferini reallaşdırmaq üzrədir. İstanbul təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça" "Alanyaspor"un müdafiəçisi Maestro ilə anlaşmaq üzrədir. İstanbul klubu Maestronu öz rənglərinə qatmaq üçün 4,5 milyon avrodan keçməyə hazırdır. "Alanyaspor" isə 6,5 milyon avro tələb edir. Ödəniləcək məbləğlə baglı arada böyük fərq olsa da, tərəflərin ortaq məxrəcə gəldiyi bildirilir.
"Fənərbaxça"nın Maestronu qış transfer pəncərəsi dövründə öz heyətinə qatacağı gözlənilir.