ABŞ-ın San-Fransisko şəhərində dünən axşam saatlarında şəhərin demək olar ki, üçdə bir hissəsini əhatə edən genişmiqyaslı elektrik kəsintisi baş verib.
Metbuat.az xəbər verir ki, elektrik enerjisinin verilməsində yaranan problem nəticəsində təxminən 130 min ev və iş yeri işıqsız qalıb, bir çox məhəllə qaranlığa qərq olub.
Kəsinti səbəbindən restoran və mağazalar fəaliyyətini dayandırıb, ictimai nəqliyyatda ciddi axsamalar yaranıb və bəzi stansiyalar müvəqqəti olaraq xidmət xaricində qalıb.
San-Fransisko Fövqəladə Halların İdarə Edilməsi Departmanı şəhər üzrə nəqliyyatda problemlər yaşandığını açıqlayaraq vətəndaşlara zəruri olmayan səfərlərdən çəkinmələri barədə tövsiyə verib.