Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Metbuat.az günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 26 xalla altıncı, "Şamaxı" 20 xalla səkkizincidir.
Günün ilk matçında "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.