Rusiya Prezidenti Vladimir Putinə “İlin icmalı” proqramı çərçivəsində verilən bəzi suallar xoş gəlməyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəzi suallar xoşuna gəldi, bəziləri isə yox. Bu, tamamilə normaldır. Əsas odur ki, jurnalist özü istədiyi və ya redaksiyasının istədiyi sualı sərbəst şəkildə verə bilər. Bu formatın unikallığı da bundadır, hər şey tam sərbəst rejimdə keçirilir”, – deyə Peskov qeyd edib.