"Qarabağ" komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.
Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.
Misli Premyer Liqası
II dövrə, XI tur
21 dekabr (bazar)
15:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
17:30. "Araz-Naxçıvan" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
"Liv Bona Dea Arena"
Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.