Türkiyənin məşhur müğənnisi İrem Derici, nəhayət, ev sahibi olub. Kirayədə yaşayan 38 yaşlı ulduz İstanbulun Etiler rayonunda özünə dəbdəbəli mənzil alıb.
Metbuat.az xəbər verir ki, sənətçi sevincini pərəstişkarları ilə bölüşüb. "İndiyə kimi əlimə çox pul keçib. Amma hamısını sağa-sola xərcləmişəm. Bu dəfə pulumu yığıb ev aldım. Martda köçməyi planlaşdırıram. Ən böyük arzum bu evdə uşaq böyütməkdir".
Müğənni evin qiymətini açıqlayıb. O, yeni mənzilinə 20 milyon lirə (200 min manat) verdiyini deyib.
Qeyd edək ki, İrem Derici Melih Konukcu adlı kişi ilə sevgilidir. Cütlük gələn ilin sentyabrında nikaha girməyə hazırlaşır.