Dövlət İmtahan Mərkəzi növbəti il magistraturaya qəbul imtahanlarına xarici dilindən danışıq bloku əlavə etməyəcək.
Modern.az DİM-ə istinadən xəbər verir ki, qaydanın tətbiqi tarixi hələ müəyyən edilməsə də, Rəsmi açıqlamaya əsasən, 2026-cı ilin qəbul imtahanlarında da bu istiqamətdə hər hansı dəyişiklik gözlənilmir
Xatırladaq ki, DİM daha əvvəl magistratura imtahanlarında xarici dil biliklərinin daha dərindən yoxlanılması üçün danışıq blokunun əlavə ediləcəyini anons etmişdi. Lakin bu yeniliyin tətbiqi tarixi müəyyən edilməmişdi.