Qərbi Zəngəzurdan (Meğri, Gorus, Sisian, Qafan) ermənilərin köçü sürətlə davam edir. Əhali sayına dair son statistik göstəricilər ilk baxışdan müəyyən stabilləşmə və hətta cüzi artım təsiri bağışlasa da, dərin təhlil və gerçəklik bu mənzərənin aldadıcı olduğunu göstərir.
Modern.az bu mövzuda araşdırma apararaq Ermənistanın Syunik adlandırdığı Qərbi Zəngəzur bölgəsindəki faktiki erməni əhali ilə müxtəlif illərdə bu regionu tərk etmiş azərbaycanlıların say nisbətini müqayisə etməyə çalışıb.
İlk növbədə, Qərbi Zəngəzurdakı erməni əhalinin sayına nəzər salaq. Mövcud rəqəmlər regionda uzunmüddətli və davamlı demoqrafik azalmanın davam etdiyini təsdiqləyir.
2019-2020: azalmanın başlanğıcı
Əvvəlki rəsmi göstəricilər və regional demoqrafik trendlər göstərir ki, 2019-2020-ci illərdə Qərbi Zəngəzurda əhali sayı təxminən 136–138 min nəfər civarında olub. Bu dövrdə artıq əhalinin azalması sürətlənməyə başlayıb.
2011-2022: statistik boşluq və kəskin eniş
2011-ci il əhali siyahıyaalınmasına əsasən, Qərbi Zəngəzurda təxminən 134 min nəfər yaşayıb. Lakin 2011–2022-ci illər arasındakı bütün aralıq göstəricilər etibarlı hesab edilmir, çünki bu rəqəmlər 2022-ci il siyahıyaalınmasının nəticələrinə uyğunlaşdırılmayıb.
Bu mənada 2022-ci il siyahıyaalınması xüsusi əhəmiyyət daşıyır. On ildən artıq müddətdə aparılan ilk hərtərəfli statistik yeniləmə Qərbi Zəngəzur bölgəsinin əhalisinin cəmi 114 min nəfər olduğunu ortaya qoydu. Bu isə əvvəlki dövrlə müqayisədə çox ciddi azalma deməkdir. Hesablamalara görə, həmin illərdə orta illik azalma sürəti təxminən -1,5% təşkil edib.
2023-2024: rəqəmlərdə artım, reallıqda azalma
2024-cü ilin əvvəlinə olan məlumata görə, bölgənin təxmini əhalisi 116 400 nəfər göstərilir. Onların 56 584 nəfəri kişi, 59 795 nəfəri qadın olub. Statistik baxımdan bu, 2022-ci illə müqayisədə artım kimi görünür.
Lakin 2023–2024-cü illər arasında qeydə alınan təxminən bu 0,9%-lik artım dayanıqlı demoqrafik prosesin nəticəsi deyil. Artım əsasən:
- qeydiyyatın dəqiqləşdirilməsi,
- müvəqqəti yerləşmələr,
- Zamanla işğal altında olan və hazırda azad edilən Azərbaycan ərazilərindən köçmüş şəxslərin bölgəyə gəlməsi ilə bağlıdır.
Yəni söhbət təbii artımdan deyil, texniki və müvəqqəti amillərdən gedir.
Qərbi Zəngəzurda niyə əhali faktiki olaraq yenə azalır?
Araşdırma göstərir ki, əsas struktur problemlər dəyişməyib:
-Təbii azalma davam edir
Doğum səviyyəsi aşağıdır, ölüm göstəriciləri isə daha yüksəkdir. Bu da xalis mənfi balans yaradır.
Miqrasiya itkisi dərinləşir
Gənclər və əmək qabiliyyətli əhali əsasən İrəvana və xaricə köçür. Bölgədə qalan əhali daha çox yaşlı təbəqədən ibarətdir.
2023–2024 “artımı” aldadıcıdır
2022-dən sonra görünən +1-2 minlik artım statistik düzəliş, müvəqqəti yerləşmələr, qeydiyyat yenilənməsi ilə bağlıdır və artıq zəifləməyə başlayıb.
Struktur problemlər qalır
Yəni, iş yerləri məhdud, infrastruktur zəifdir. Eləcə də gənclər üçün region cəlbedici deyil.
Uzunmüddətli demoqrafik mənzərə
Rəqəmlər Sünikdə əhali azalmasının tarixi və sistemli xarakter daşıdığını göstərir:
-1990-cı illərin əvvəlləri: 150 min nəfər
-2011: 142 min nəfər
-2022: 114 min nəfər
-2024-dən sonra: yenidən azalma mərhələsi
Tarixi kontekstdə göstəricilər
1989-1991-ci illərdə Qərbi Zəngəzur əhali baxımından ən yüksək dövrlərindən birini yaşayıb. Sovet dövründə sənaye, xüsusilə mədənçilik, kənd təsərrüfatı və planlı iqtisadiyyat əhalini bölgədə müəyyən dərəcədə saxlayırdı.
1991-2001-ci illərdə isə müstəqilliklə paralel olaraq iqtisadi böhran, işsizlik və miqrasiya kəskin demoqrafik enişə səbəb olub.
2011-2022-ci illər isə uzunmüddətli və davamlı azalma dövrü kimi yadda qalıb.
2022-2024-cü illərdə statistik stabilləşmə təsiri yaransa da, bu, davamlı dönüşə çevrilə bilməyib.
Ermənistandan fərqli olaraq bu regiondan zorla deportasiya olunmuş Azərbaycan əhalisi ötən 35 il ərzində stabil artım nümayiş etdirib. Qərbi Azərbaycan İcmasından əldə olunan məlumata görə, 1988-ci ildə başalayan son deportasiyaya qədər Qərbi Zəngəzurda 52 iri kəndində əhalinin tərkibi tamamilə azərbaycanlılardan ibarət olub. Digər yaşayış məntəqələrində isə azərbaycanlılar və ermənilər birgə yaşayıblar.
Qeyd etmək lazımdır ki, Ermənistanda bəzi istisnaları çıxmaqla, əhalisi az olan kəndlər mövcud olmayıb. Ən kiçik kəndlərdə belə 2–3 min nəfər əhali yaşayıb. Bu fakt onu deməyə əsas verir ki, təkcə azərbaycanlıların yaşadığı həmin 52 kəndin əhalisi bölgədə bugün yaşayan bütün ermənilərin ümumi sayından çox olub. Qarışıq yaşayış məntəqələrini də nəzərə alsaq, azərbaycanlıların Qərbi Zəngəzurda ermənilərdən bir neçə dəfə çox olduğu aydın görünür. Statistikaya 1905-1906, 1918-1920, 1948-1953-cü illərdə həyata keçirilən etnik təmizləmə və deportasiya aktlarını da daxil etsək, XX əsrdə deportasiya edilən azərbaycanlılar və onların böyüyən yeni nəsillərinin (övlad və nəvələrinin) ümumi sayı