“Real Madrid”in məşqçilər heyəti Arda Gülerə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, uğursuz oyunlardan sonra məşqçi heyəti Ardaya daha cəsarətli olmağı tapşırıb. Məşqçilər Ardadan topu daha çox tələb etməsi, yüksək təzyiq anlarında nəzarəti ələ alması və oyun qurucusu rolunu cəsarətlə yerinə yetirməsi istənilib.
Qeyd edək ki, Xabi Alonsonun gəlişindən sonra start heyətdə yerini təmin edən Arda Güler bu mövsüm 3 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib.