Narkotik testi müsbət çıxan Türkiyənin tanınmış televiziya aparıcısı Ela Rumeysa Cebeci məhkəmə qərarı ilə həbs olunub. O, ifadə vermək üçün prokurorluğa gedərkən saxlanılıb.
Metbuat.az xəbər verir ki, populyar aparıcı ittihamları rədd edib. Cebeci, “Həyatımda narkotik görmədim, çəkmədim. Testin nəticələrini qəbul etmirəm”, – deyib.
Qeyd edək ki, narkotiklə bağlı aparılan istintaq çərçivəsində bir müddət əvvəl saxlanılan və daha sonra sərbəst buraxılan Ela Rumeysa Cebecinin saçından nümunə götürülüb. Ekspertiza xanım jurnalistin narkotik maddədən istifadə etdiyini təsdiqləyib.
Ela Rümeysa Cebeci 31 may 1988-ci ildə İstanbulda anadan olub. O, televiziyaya çıxmazdan əvvəl 2010-cu illərdə İstanbul FM radiosunda çalışıb. Jurnalist karyerasına TRT 1-də müxbir kimi başlayıb, eyni zamanda aktrisa kimi fəaliyyət göstərib. Karyerasına radioda başlayan Cebeci daha sonra televiziyaya üz tutaraq Habertürk, Show TV kimi məşhur kanallarda çalışıb.