"Barselona"nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, "Çikaqo Fayr" klubu futbolçunun xidmətində maraqlıdır. İddialara görə, futbolçu klubla məhsuldar danışıqlar aparıb. Lionel Messinin oynadığı "İnter Mayami"nin də Levandovski ilə maraqlandığı barədə iddialar dərc edilsə də, "Çikaqo Fayr"ın transferdə daha üstün olduğu irəli sürülüb. BBC Sport-un məlumatına görə, təcrübəli hücumçu bu transferə razılıq verib və onun maaş tələbi MLS komandası üçün problem hesab edilmir.
Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Buna görə də, futbolçu ABŞ klubuna azad agent kimi transfer ola bilər. Levandovskinin adı “Fənərbaxça” ilə də hallanmışdı.