“Barselona” məşqçi Hansi Fliklə yeni müqavilə imzalamaq istəyir.
Metbuat.az xəbər verir ki, tərəflər yeni danışıqlara başlamaq üzrədir. Almaniyanın Bild qəzetinin məlumatına görə, klub prezidenti Xuan Laporta və idman direktoru Deko Flikin hazırkı müqaviləsini uzatmaq üçün konkret təklif üzərində işləyirlər. Bu addım məşqçinin uzun illər klubun idman layihəsinin siması olaraq qalmasını təmin etmək məqsədi daşıyır.
Məlumata görə, Laporta və Deko 2026-cı il Dünya Kubokundan əvvəl Avropa nəhənglərindən və ya milli komandalardan potensial marağı qabaqcadan aradan qaldırmaq məqsədi daşıyan təklif hazırlayıblar.