Bir müddət əvvəl yayılan xəbərlərə görə, türk kinosunun əfsanələrindən olan Türkan Şoray uzun illərdən sonra yenidən kamera qarşısına çıxmağa hazırlaşır. Onun qızının ssenari müəllifi olduğu "Silahlı Qız" filmində yer alacağı bildirilirdi. Xəbərdə süni intellektin köməyi ilə aktrisanın gənclik dövrünün canlandırılacağı vurğulanırdı.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, yaradıcı heyət film üzərində işi davam etdirir.
Qeyd edək ki, Türkan Şoray 28 iyun 1945-ci ildə İstanbulda anadan olub. O, türk kinosunun “sultanı” kimi tanınır. 1964-cü ildə Antalya Qızıl Portağal Film Festivalında "Acı Həyat" filmindəki roluna görə "Ən Yaxşı Qadın Oyunçu" nominasiyasında ilk mükafatını alaraq Şoray kino sənayesinə qədəm qoyub. 222 filmdə rol alan Türkan Şoray dünyada heç bir aktrisanın təkralaya bilmədiyi uğura imza atıb.
75 yaşlı Şoray həm də 4 filmin rejissoru olub.