Ailə üzvləriylə məhkəmə çəkişmələri yaşayan məşhur müğənni Özcan Dəniz sərvəti ilə bağlı sosial şəbəkədə yayılan iddialara ilk dəfə vəkili vasitəsilə cavab verib. Özcan Dənizin lüks kompleksdə 20 evinin olduğuna dair iddialara aydınlıq gətirilib.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, müğənninin vəkili Ahmet Başçı bu barədə açıqlama yayıb. Vəkil iddiaları təkzib edib: “"Son günlərdə müxtəlif sosial media platformalarında və mətbuatda paylaşılan videolarda müvəkkilim cənab Özcan Dənizin adından və reputasiyasından istifadə edilərək yalan, aldadıcı, böhtan xarakterli ifadələrin yayıldığı müəyyən edilib. Bəzi şəxslərin bu açıqlamalarla haqsız qazanc əldə etməyi hədəflədikləri açıq şəkildə başa düşülür. Bu iddialar qətiyyətlə rədd edirik. Qanunsuz olaraq mənfəət əldə etmiş şəxslərlə bağlı qanun çərçivəsində tədbir görüləcək”.
Vəkil deyib ki, ev alqı-satqısı ilə məşğul olan şəxslər 53 yaşlı müğənninin adından istifadə edərək İstanbuldakı kompleksdə olan boş mənzilləri baha qiymətə satmaq istəyirlər. O, sənətçinin sadəcə bir evinin olduğunu vurğulayıb.