Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində terror aktı baş verib.
İlkin məlumatlara əsasən, hücum nəticəsində azı 10 nəfər həlak olub, 60 nəfər yaralanıb.
Hadisə Sidneyin mərkəzi hissəsində, yəhudi icmasının Hanuka bayramını qeyd etdiyi zaman baş verib. İlkin məlumatlara görə hücumu törədən şəxslərin 2 nəfər olduğunu bildirir.