2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kolbasa məmulatlarının istehsalı artıb. Modern.az-ın Statistika Komitəsindən əldə etdiyi məlumatada görə, göstərilən dövrdə ölkədə 29082,2 ton kolbasa məmulatları istehsal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 104,1 faiz təşkil edib.