ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli prosesindəki vəziyyətlə bağlı yeni açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, Tramp Ukraynadakı vəziyyətin nəzarətdən çıxmadığı təqdirdə ABŞ-yə çox təsir etməyəcəyini ifadə edib. Onun sözlərinə görə, Ukrayna müharibəsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Tramp, “Bundan əvvəl də dediyim kimi, əgər hamı bu oyunu oynamağa davam edərsə, bu, Üçüncü Dünya Müharibəsi ilə bitəcək. Biz bunu görmək istəmirik”, - deyə bildirib.
ABŞ lideri bu xəbərdarlığı kimə yönəltdiyini açıqlamayıb.