Dünyanın əksər ölkələrində insanlar geniş mənzillərə can atsalar da, Türkiyədə bunun əksi müşahidə olunur. 15 milyondan çox əhalisi olan İstanbulda 2 otaqlı evlərə tələbat kəskin artıb.
Metbuat.az yerli KİV-ə istinadla xəbər verir ki, İstanbulun Bahçelievler, Fatih ve Güngören rayonlarında 2 otaqlı mənzillərin qiyməti 3, hətta 4 otaqlı mənzillərdən də bahadır. Bu rayonlarda 2 otaqlı mənzillər 4 milyon 419 min türk lirsinə (təxminən 180 min manat) təklif olunur. Həmin mənzillərin aylıq kirayə qiyməti isə 1000-1100 manat arasında dəyişir.
“Türkiyə” qəzeti 2 otaqlı evlərə tələbatın artmasını qardaş ölkədə kommunal xərclərin baha olması ilə izah edib. Qəzetin yazdığına görə, qaz, su, işıq və qızdırıcı pulu çox olduğu üçün insanlar kiçik evlərdə yaşamağa üstünlük verirlər. Nəticədə 2 otaqlı mənzillərin həm satış, həm də kirayə qiyməti sürətlə artır.