“Walt Disney” süni intellekt startapı OpenAI-a 1 milyard dollarlıq investisiya qoyacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Walt Disney” şirkətindən açıqlama verilib. Məlumata görə, müqavilə, OpenAI-ın mətndən videoya çevirmə vasitəsi olan Sora-ya “Disney” personajlarından istifadə etməyə imkan verəcək. Müqaviləyə əsasən, Sora istifadəçiləri öz seçimlərinə uyğun olaraq 200-dən çox “Disney”, “Marvel”, “Pixar” və “Star Wars” personajından istifadə edərək sosial videolar yarada biləcəklər.
Həmçinin, istifadəçi tərəfindən yaradılan seçilmiş videolar “Disney+” platformasında yayımlanacaq.