Dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.
Metbuat.az Report-a istinadən bildirir ki, qəza nəticəsində xəsarət alanların adları məlum olub.
Həmin şəxslər aşağıdakılardır:
1. Abdullayeva Rəfiqə Kərəm qızı - 1958-ci il2. Əhədova Səidə Həmid qızı - 1957-ci il3. Verdiyeva Mötəbər Mirzəhüseyn qızı - 1961-ci il4. Əliyeva Təranə Vəli qızı - 1965-ci il5. Hüseynova Gülümnaz Müəllim qızı - 1956-cı il6. Əhədova Laləzar Xanış qızı - 1966-cı il7. Məmmədova Aidə Məmməd qızı - 1960-cı il8. Paşayeva Zeynəb Şahvəli qızı - 1980-ci il9. Hüseynova Südabə Hidayət qızı - 1971-ci il10. Xuduyeva Sahilə Eminağa qızı - 1982-ci il11. Xuduyeva Aynur Akşin qızı - 2006-cı il12. Həsənzadə Yağmur Yalçın qızı - 2009-cu il13. Abbasova Fatimə İsmayıl qızı - 1964-cü il14. Abdullayeva Zəminə Həmid qızı -1974-cü il15. Quliyeva Validə Sakit qızı - 1965-ci il16. Xudiyev Səmidağa Polad oğlu - 1965-ci il17. Xuduzadə Ellada Akşin qızı - 2007-ci il
Qəza nəticəsində onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların durumunu orta ağır kimi qiymətləndirirlər.


