“Liverpul”un futbolçusu Muhammed Salah heyətdən çıxarılıb.
Metbuat.az xəbər verir ki, futbolçu ilə klub arasında gərginlik müşahidə edilir. “RMC Sport”un məlumatına görə, Salah Çempionlar Liqasında “İnter”lə oyunda “Liverpul”un heyətində yer almayacaq.
Qeyd edək ki, bundan əvvəl “Liverpul”un Muhammed Salahı klubdan göndərəcəyi barədə iddialar dərc edilmişdi. Salah ötən il sərgilədiyi uğurlu oyunlardan sonra “Liverpul”la yeni müqavilə imzalayıb. Bu mövsüm futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir. Futbolçu ehtiyatda qalmasına narazılığını sərt sözlərlə ifadə edib.