Sabah “Qalatasaray” Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Türkiyə təmsilçisi rəqib meydanda Fransanın “Monako” komandası ilə qarşılaşacaq.
Metbuat.az xəbər verir ki, İstanbul klubu matçı qələbə ilə başa vuracağı təqdirdə ilk 24-lüyə düşəcək. Bərabərlik nəticəsində isə sarı-qərmızılıların şansları davam edəcək. “Qalatasaray” sabah meydandan məğlub ayrılsa, "Atletiko Madrid" və "Mançester Siti" ilə “döyüşməli olacaq. Buna görə də Okan Buruk işi Fransada bitirmək istəyir.
Türkiyə KİV-I yazır ki, sabah sari-qırmızılılar meydana qələbə üçün çıxacaq. Okan “Fənərbaxça”ya qarşı tətbiq etdiyi strategiyanı təkrarlayacaq.
Sinqo və Yakobsun zədəli olması sağ və sol cinahda böhran vəziyyəti yaradıb. Davinson yenidən müdafiənin sağında, Sallai isə sol cinahda yer alacaq.
Osimen əsas heyətdə olacağı üçün İkardi yenə ehtiyat oyunçular skamiyasında əyləşəcək.
Zədəli olan qabonlu ulduz Leminanın durumu isə matç saatında bəlli olacaq.