Türkiyənin "Fənərbaxça" klubu ötən gecə rəqib meydanda "Başakşəhərspor"la bərabərə qalaraq çempionluq yarışında ağır yara aldı.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın ulduz futbolçusu Kərəm Aktürkoğlu xal itkisinə görə tərəfdarlardan üzr istəyib. Futbolçu rəqib qarşısında önə keçəndən sonra hesabı qoruya bilmədikləri üçün üzgün olduqlarını bildirib:
"Bu gecə azarkeşlərimizə sevinc yaşada bilmədiyimiz üçün onlardan üzr istəyirəm. 1:0 öndə olduğumuz halda hesabı qoruya bilmədik. Belə durumlarda ağıllı olmaq lazımdır. Meydandan 3 xalla ayrılmaq üçün göstərdiyimiz səylər yetərli olmadı. Deməyə sözümüz yoxdur".
"Fənərbaxça"nın qolçusu artıq qarşıdakı oyunlar barədə düşündüklərini deyib. Ulduz futbolçu çempion olmaq üçün turnirin sonuncu həftəsinə kimi sahədə tər axıdacaqlarına söz verib.