Donald Tramp administrasiyası Kiyevə yüksək səviyyəli heyət göndərib.
Metbuat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti anonim mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Pentaqon nümayəndə heyəti Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarının yenidən başlaması üçün Kiyevə göndərilib. Nümayəndə heyətinin Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Ukrayna rəsmiləri və nümayəndələri ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiya ilə danışıqları dayandırdığını açıqlamışdı.