Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına sərmayələrin həcmini 600 milyard dollardan 1 trilyon dollara qədər artıracaq.
Metbuat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüşdə səsləndirib.