Konqo Demokratik Respublikasının Lualaba əyalətindəki Kolvezi hava limanında təyyarə qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, layner enərkən uçuş-enmə zolağından kənara çıxıb. Nəticədə təyyarədə yanğın baş verib. Hadisə zamanı göyərtədə 20 nümayəndədən ibarət heyətin olduğu bildirilir.
Məlumata görə, onların arasında ölkənin sənaye naziri Kabamba da olub. Onların hamısı xilas edilib. Xəsarət alan olmayıb.
