Tehran artıq İranın nüvə proqramı ilə bağlı məsələləri Aİ ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə müzakirə etmək niyyətində deyil.
Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, ABŞ ilə danışıqlar “Avropa üçlüyü” ilə danışıqlardan ayrıdır:
"Geri çəkilmə hadisəsindən sonra biz onlarla nüvə proqramı ilə bağlı danışıqlar aparmamaq qərarına gəldik. Çünki onlar beynəlxalq hüquqa zidd hərəkətlər ediblər. Avropa ölkələri ilə münasibətlər davam edir. Xüsusən də Almaniya BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün bizim nüvə proqramını müzakirə etmək niyyətimiz yoxdur".