Bu il “Qara Cümə” (“Black Friday”) endirimləri 28 noyabra təsadüf edəcək.
Metbuat.az-ın məlumatına görə, bu gün hər il ABŞ-də Şükran günündən bir gün sonra qeyd olunur.
Belə ki, dünyanın ən böyük endirim kampaniyalarından sayılan həmin tarixdə həm mağazalarda, həm də onlayn platformalarda kütləvi aksiyalar təqdim edilir. Artıq bir çox brend və satış şəbəkəsi öz xüsusi təkliflərini hazırlamağa başlayıb.
Mütəxəssislər bildirirlər ki, alış-veriş zamanı qiymətləri əvvəlcədən müqayisə etmək, real endirimləri “saxta” endirimlərdən ayırd etmək vacibdir.
Sevinc İbrahimzadə / Metbuat.az