Türkiyə yığması doğma meydanda Bolqarıstanla oynadığı matçda ciddi itki ilə üzləşib.
Metbuat.az xəbər verir ki, əsas heyətin vazkeçilməz oyunçularından olan Merih Demiral ilk yarıda zədələnib. Futbolçunun zədəsi ağır olduğü ücün oyuna davam edə bilməyib. Onu komanda yoldaşı Samet Akaydın əvəzləyib.
Merihin sağlıq durumu sabahkı müayinələrdən sonra bəlli olacaq. Buna baxmayaraq, yerli KİV Merih Demiralın noyabrın 18-da baş tutacaq İspaniya-Türkiyə matçında meydana çıxa bilməyəcəyini yazıb.